16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Nadir Qasımov koronavirusdan sağaldı: "Düşünürdüm ki, son günlərimdir"

Koronavirusa yoluxmuş futbol məşqçisi Nadir Qasımov evə buraxılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a 71 yaşlı mütəxəssisin özü məlumat verib. O, Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsini iyunun 15-də başa vurduğunu söyləyib.

Qasımov özündən ikinci dəfə test götürüldüyünü və nəticənin mənfi olduğunu bildirib: "Qan analizi, burun və boğazımdan nümunə də götürmüşdülər. Artıq hər şey qaydasındadır. Bu səbəbdən, dünən evə buraxıldım. Çox sağ olsunlar, tibb işçiləri məni evə qədər gətirdilər".

Məşqçi xəstəxanada özünə göstərilən qayğıdan məmnun olduğunu sözlərinə əlavə edib: "Düşünürdüm ki, bəlkə də axırıncı günlərimdir. Şükürlər olsun ki, sağ-salamat evimə gəlmişəm. Xəstəxanadan ayrılanda mənim üçün çəkdikləri əziyyətə görə bütün işçilərdən halallıq aldım. Həkimə tez-tez müraciət edən adam deyiləm. Bu 15 gündə məni gözdən qoymadılar. Hər çağırışıma can-başla reaksiya verirdilər və nə lazımdırsa, edirdilər. Mərkəzi Neftçilər Xəstəxanasının qapıçısından tutmuş baş həkiminə qədər bütün əməkdaşlara minnətdaram. Həqiqətən də çox mehriban kollektivdir. 15 gün mənim üçün böyük dərs oldu, heç vaxt belə bir xəstəliyə düçar olmamışdım. Ümumiyyətlə, xəstəxanada az olmuşam. Sadəcə, böyrəklərimi müalicə edəndə bir neçə gün qalmışam. İki həftə isə çox uzun müddətdir. Küçəyə baxır, gəzən insanları görürsən, amma özün çölə çıxa bilmirsən. Adama çox ağır gəlirdi. Artıq bunların hamısı geridə qaldı. Son olaraq, bir daha bütün həkimlərə təşəkkür edirəm".

Qeyd edək ki, Nadir Qasımov “Bakı fəhləsi”, “MKT-Araz”, “Avtomobilçi”, “Bakılı”, “Şuşa-Qarabağ” kimi komandalarda baş məşqçi kimi çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30