19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Azərbaycan çempionatının uğursuz “üçlüy”ü: “Neftçi”, “Qarabağ” və...

Azərbaycan çempionatlarının 28 illik tarixində 190 avtoqol qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, öz qapısına ən çox qol vuran komanda ünvanının üç şəriki var.

Bunlar bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ”, həmçinin AZAL-dır. Hər üç komandanın futbolçuları 18 dəfə öz qapısına qol vurub. Onların ən yaxın “izləyicisi” “Keşlə”nin üzvləri 12 dəfə avtoqola üzülüb.

Ən çox avtoqol müəllifi olan komandalar: AZAL, “Neftçi”, “Qarabağ” - 18, “Keşlə” - 12, “Sumqayıt”, “Bakı” - 11, “Zirə” - 8, “Turan” - 7, MOİK, “Kəpəz”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Simurq” - 6.

“Qarabağ” ən çox avtoqol vuran komandalardan biri olmaqla yanaşı, rəqibləri topu öz qapısından ən çox keçirən klubdur. Ağdamlıların hesabında 22 rəqib qolu var. “Neftçi”ni rekordçudan üç top ayırır. İlk “üçlüy”ü “Keşlə” qapayır - 17 dəfə.

Rəqibləri ən çox avtoqol edən komandalar: “Qarabağ” - 22, “Neftçi” - 19, “Keşlə” - 17, “Bakı” - 15, “Qəbələ” - 13, “Simurq”, “Turan” - 10, “Xəzər Lənkəran” - 9, “Kəpəz”, “Sumqayıt” - 8.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30