20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sopiç: “19 və 20-si karantin olsa, 21-i oyun keçirilə bilməz”

“Sabah”ın baş məşqçisi Jolke Sopiçin yoxlama matçı çərçivəsində "Zirə" ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvat mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

- Klassik yoxlama oyunu idi. İlk 30 dəqiqədə isti oldu. Bu, hər iki komanda üçün çətinlik yaratdı. Futbolçuların əksəriyyətinə şans verdim. Bəzi futbolçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi.

- "Qarabağ"la oyuna nisbətən bu gün bəzi futbolçulara daha çox şans verdiz. Ancaq bundan sonra yoxlama oyunu olmayacaq. Çempionat başlayacaq və oyunlarda 5 əvəzetmədən istifadə edə bilərsiz. Futbolçular 90 dəqiqə oynaya biləcəkmi?

- Qeyd etmək istəyirəm ki, dözümlülük baxımından bütün komandalar eyni olacaq. "Qarabağ"la matçda iki fərqli hissə oynadıq. Əsas olan odur ki, çempionatda oynayacaq futbolçular zədələnməsin.

- Şeydayev bu gün pis deyildi. Qarşıdakı oyunlarda iki hücumçu ilə oynaya bilərsizmi?

- Oyunların əksər hissəsini iki hücumçuyla keçirə bilərik. 4 gündən bir oyun olacaq və müxtəlif variantlardan istifadə edə bilərik. Hazırda ən önəmlisi futbolçuların zədə almamasıdır. Səmimi deyirəm, 75 gün fasilədən sonra 15 gün hazırlıq vaxtımız olacaq. Həqiqətən, bu, asan deyil. 35 günlük yay fasilədən sonra iki həftəlik istirahət olurdu və daha sonra futbolçular oynaya bilirdi. Mənim istəyimlə nəsə mümkün deyil.

- 19 və 20 iyun böyük ehtimalla, məşq edə bilməyəcəksiz. 21-i də oyun olacaq. Futbolçulara necə nəzarət edəcəksiz?

- Şəxsi fikrim odur ki, iki gün - 19 və 20-si karantin olsa, 21-i oyun keçirilə bilməz. Necə olacaq, bilmirəm. Bir az çətin olacaq. Ancaq buna baxmayaraq, nə olsa, biz çıxıb oyunumuzu oynamalıyıq (sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30