25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elmar Baxşıyev: “Kim avrokuboklarda çıxış etməyə layiqdirsə, ölkəmizi o təmsil etsin”

“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Məşqdə də bunu hiss edirik. İnanıram ki, komanda getdikcə daha məzmunlu futbol nümayiş etdirib əvvəlki oyununu qaytaracaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev yoxlama oyununda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları görüş haqda danışarkən deyib.

Daha sonra gənc çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb:

- İndiki şəraitdə çempionatın davam etdirilməsinin tərəfdarısınız, yoxsa yox?

- Klub olaraq çempionatın davam etdirilməsinin tərəfdarıyam. İdman prinsipi deyilən bir şey var. Kim avrokuboklarda çıxış etməyə layiqdirsə, ölkəmizi o təmsil etsin.

- Bu yoxlama matçlarında iştirak etməyən Merab Qiqaurinin zədəsi ciddidi?

- Yox. Meranın yüngül zədəsi var. Sadəcə, risk etmək istəmədik. O, müqaviləylə bizə aid futbolçudu. İnanırıq ki, qarşıdakı günlərdə komandaya kömək edəcək.

- Ötən həftə sonu olduğu kimi, yenə karantin günlərində komandanız Qəbələyə məşqə yollanacaq?

- Belə fikrimizdə var idi. Ancaq oyun hər şeydən üstündü. Məşq gətirib oyuna çıxarır. Yoxlama matçları keçirmək üçün Bakıya gəldik, burda da qalacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30