23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Azərbaycan Premyer Liqası iyunun 21-də start götürəcək!

Koronavirus pandemiyası səbəbindən martdan yarımçıq dayandırılan Azərbaycan Premyer Liqasının davam etdirilib-etdirilməyəcəyi son günlər geniş müzakirələrə səbəb olub.

Futbolxeber.az saytının məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri sərt karantin elan etməsi, evdən bayıra çıxmaq qadağasının qoyulması müəyyən söz-söhbətlərə yol açıb.

Dünən isə məlum oldu ki, Peşəkar Futbol Liqası Premyer Liqa iştirakçılarına məktub göndərib. Hətta bu məktublara veriləcək cavablara əsasən çempionatın oyunlarının davam etdirilib-etdirilməyəcəyini iddia edənlər də tapıldı. Amma bütün bunlar əsassız iddialardı.

Birincisi, klublara Peşəkar Futbol Liqası tərəfindən göndərilən sorğu xarakterli bir məktubdur. Komandaların fikirlərini rəsmi öyrənmək PFL üçün önəmlidir. Komandalara ayrılmış 21 gün məşq vaxtının bir neçə gününü sərtləşdirilmiş karantin rejiminə görə məşq edə bilmirlər. Meydana çıxa biləcək problemləri bilmək üçün PFL klubların rəsmi cavabını öyrənir. Çünki çempionatda çıxış edən məhz klublardı. Yəni bu məktuba veriləcək cavabların çempionatın start götürüb-götürməməsi ilə əlaqəsi yoxdu.

Ən əsası isə Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı qərar qəbul etmək nə klubların, nə AFFA-nın, nə də PFL-in səlahiyyətindədi. Çempionatın oyunlarının davam etdirilib-etdirilməməsi haqda yalnız İcraiyyə Komitəsi qərar qəbul edə bilər. İcraiyyə Komitəsi də bu haqda yekun qərarını verib və PFL-in tərtib etdiyi təqvimə əsasən Azərbaycan Premyer Liqasının oyunları iyunun 21-də start götürür!

Bir sözlə, yayılan xəbələrin, ortaya atılan iddiaların heç bir hüquqi əsası yoxdur. Sabah nə olacağı heç kim deyə bilməz, amma bu an üçün rəsmi qərar odur ki, 21 iyundan Premyer Liqamızın oyunları davam etdiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30