25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Sabah”da qalmaqal - sponsorlar narazıdı: büdcə 2 dəfə artırılsa da, nəticə yoxdu

KLUB RƏHBƏRLİYİ BÜTÜN VASİTƏLƏRLƏ ÇEMPİONATIN DAVAM ETDİRİLMƏSİ ÜÇÜN TƏZYİQ GÖSTƏRİR: İTV VƏ DADAŞLİNSKİNİ DƏ İŞƏ QATIBLAR

“Sabah”da vəziyyət gərgindir.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, son günlər klubun sponsorları ilə hazırkı rəhbərlik arasında ciddi narazılıq hökm sürür.

Belə ki, mövsümün əvvəlində klubun illik büdcəsinin 4,5 milyon manat olacağı planlaşdırılırdı. Lakin bu günlərdə məlum olub ki, 2019/2020 mövsümü üçün klubun xərci nəzərdə tutulundan 2 dəfə çox - 9 milyon manat təşkil edir. Bu isə sponsorların ciddi narazılığına səbəb olub. Maliyyənin nəzərdə tutulandan 2 dəfə çox xərclənməsi bir yana, əsas problem 9 milyonun qarşılığında nəticənin olmamasıdı.

Mövsümün əvvəlində klubun qarşısına ilk “üçlüy”ə düşmək, Avroliqaya yollanmaq tapşırığı qoyulmuşdu. Lakin 20 turdan sonra “Sabah” 8 komanda arasında 6-cı pillədə qərarlaşıb. Üstəlik, komanda kubokda da mübarizəni dayandırıb. Düzdür, qarşıdakı 8 tur ərzində “Sabah”ın vəziyyəti xilas etmək şansı var. Lakin Avroliqaya yollanmaq üçün “Sabah”ın taleyi öz əlində deyil. Klub Premyer Liqada 4-cü olsa belə, kuboku “Zirə”, “Qəbələ” və “Sumqayıt”dan birinin qazanması komandanı Avroliqadan kənarda qoyacaq.

Qarşıdakı 8 tur “Sabah”ın hazırkı rəhbərliyinin yeganə ümid yeridi. Əks halda, vəziyyət daha da pis olacaq. İl ərzində xərclənən 9 milyon manatın hesabatını vermək lazımdır.

Bütün bunları nəzərə alan “Sabah”ın hazırkı rəhbərliyi bütün vasitələrlə çempionatında davam etdirilməsinə çalışır. Hətta işə İctimai Televiziyanı da qatıblar. Klub və kanal rəhbərliyi arasındakı isti münasibətlər səbəbindən son günlər mütəmadi olaraq İTV-də çempionatın davam etdirilməsi ilə bağlı sujetlər hazırlanır, bu məqam xüsusi vurğulanır. Hətta bu kanalda yayımlanan “3 D” proqramının aparıcı olan personaj - Dadaş Dadaşlinski belə bu məsələ ilə bağlı fikir bildirir.

FUTBOLXEBER.AZ

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30