20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Onun "Qarabağ"a transferi tamamlanıb"

Portuqaliya ikinci Liqa təmsilçisi "Şaveş"in futbolçusu Kevin Medinanın karyerasını növbəti mövsümdən "Qarabağ"da davam etdirəcəyi dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, klubun prezidenti Fransisku Joze Karvalyu açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisinə transferini təsdiqləyib:

"Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb".

Karvalyu Ağdam klubundan alacaqları təzminat barədə isə məlumat verməyib.

Qeyd edək ki,  2019-cu ildən "Şaveş"də oynayan K.Medina bu mövsüm 11 oyunda meydana çıxıb. Onun"Qarabağ"la 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30