20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi darmadağını şərh etdi: “Məni sevindirən odur ki...”

"Rəqib bizdən üstün oynadı. Məni sevindirən odur ki, hər iki komandada zədəli futbolçu olmadı. Bu oyuna baxıb, nəticə çıxaracağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç "Qarabağ"la yoxlama oyunundan (0:5) sonra keçirilən mətbuat konfransında deyib.

Xorvat mütxəssis daha sonra sualları cavablandırıb:  

- Nəticənin belə acınacaqlı olması oyuna bir həftəlik hazırlıqla bağlıdır, yoxsa rəqibin futbolçularının daha yaxşı olmasıyla?

- Əlbəttə, biz karantin müddətində futbolçulara məşq proqramı vermişdik. Ola bilər bəziləri yaxşı hazırlaşıb, bəziləri pis. Ancaq bu oyun elə də əhəmiyyətli deyil. Onlar liderdir, biz 6-cı yerdəyik. Təbii ki, futbolçuların keyfiyyəti arasında fərqlər var.

- "Sabah"ın çempionata hazır olması üçün 12 gün bəs edəcəkmi? Şənbə və bazar günləri karantin tətbiq olunacaq, məşq edə bilməyəcəksiz...

- Bilmirəm, baxacağıq. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftəlik vaxt verilib, bizdə də bu qədər.

- Bu vəziyyətdə çempionatı bitirmək daha düzgün qərar olardı, ya davam etdirmək?

- Həqiqətən, bir az çətindir. Oyunlarımız karantin gününə düşür, necə dəyişiklik olacaq, bilmirəm. Futbolçulara da necə təsir edəcəyi bilinmir. Təxminən 10 oyun var, bu da dörd gündən bir edir. Biz hər gün oynaya bilərik, ancaq futbolçulara necə təsir edəcək, onlar bunu necə qəbul edəcək, bilmirəm.

- İlk hissədə meydana çıxan gənc futbolçularda nəsə görə bildiniz?

- Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. "Sabah"ın formasını geyinən hər kəs mübarizə aparmalıdır. Futbolçuları çox da fərqləndirmək istəmirəm. Bu, çox önəmli deyil.

- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?

- Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.

- Klub prezidenti dedi ki, yeni transferimiz olacaq. Bu, əcnəbidir, yoxsa yerli?

- Nəsə demək çətindir. Bu haqda karantindən əvvəl - aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazımdır, demişəm. 1-2 ay ərzində açıqlamalar verilə bilər.

- Kluba gələndən cəmi 3 oyun udmusunuz. Hədəfiniz nədir?

- İlk oyunlarımda "Qarabağ" və "Neftçi"ylə qarşılaşdıq. Sonra "Qəbələ" ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdur. Komandaya oyunçu gətirərkən, ad önəmli deyil. Əsas olan ürəklə oynamaqdır. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət quraraq, daha üstün hədəflər üçün mübarizə apara bilərik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30