24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sabiq “Qarabağ”lı: “Azərbaycanda tribunada bir ovuc azarkeş görünürdü”

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Polşanın "Visla" klubunda çıxış edən Yakub Jeznikçak ölkəsinin mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Polşa çempionatının oyunları zamanı stadionun 25 faizinə azarkeşlərin buraxılmasına münasibət bildirərkən deyib:

“Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşlərsiz oynadığımız matçlar olub.  Azərbaycanda görüşlər olub ki, tribunlarda bir ovuc azarkeş görünürdü, buna görə də öyrəşdim. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az azarkeş gəlirdi, buna görə də çox fərq olmayacaq”.

Jezniçak “Legiya” ilə 5, “Qarabağ”da 2 dəfə ölkə çempionluğu yaşaması ilə bağlı isə bunları deyib: “Belə bir söz var: İstedaddan daha çox nəticə. Deyə bilərəm ki, göstərilən istedaddan daha çox kubok qazandım. Əldə etdiyim şeylərdən çox məmnunam. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30