19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Jurnalistlər yoxlama oyunları zamanı stadiona buraxılacaqlarmı?

“SABAH”, “NEFTÇİ”, “SUMQAYIT” VƏ “ZİRƏ”DƏN RƏSMİ AÇIQLAMA

Bu gün uzun fasilədən sonra Azərbaycanda futbol klublarının oyununa şahidlik edəcəyik.

Futbolxeber.az saytının məlumatına görə, “Sabah” və “Qarabağ” birincilərin meydanında yoxlama oyununda üz-üzə gələcəklər.

Sabah isə Premyer Liqa klublarından “Neftçi” “Keşlə” ilə, “Zirə” “Səbail”lə, “Sumqayıt” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Adətən ölkə klublarının iştirakı ilə baş tutan yoxlama oyunlarını çox az sayda jurnalist stadiondan izləyir. Lakin son vaxtlar klublarımız kimi, media da böyük ölçüdə işsiz qalıb. Məhz bu məqamı nəzərə alaraq, yoxlama oyunlarına mətbuat nümayəndələrinin maraq göstərəcəyi gözlənilir.

Maraqlıdır, yoxlama oyunlarında ev sahibi olan klublar jurnalistlərin stadiona buraxılmasına imkan verəcəkmi? Yaxud oyunları izləyən media nümayəndələri qarşılaşmadan sonra əvvəl olduğu kimi baş məşqçi və futbolçulardan ayaqüstü müsahibə ala bilərlərmi?

Bu suallarla bu gün və sabah keçiriləcək 4 oyuna ev sahibiliyi edəcək klubların mətbuat xidmətlərinə müraciət etdik. Onlar Futbolxeber.az saytının sorğusunu belə cavablandırdılar:

Elnur Həmidov (“Sabah”ın mətbuat xidmətinin rəhbəri): “Jurnalistlərin stadiona daxil olmasında heç bir problem olmayacaq. Lakin oyuna gələn media mənsublərı COVİD-19 pandemiyasından qorunma qaydalarına tam riayət etməlidilər. Qoruyucu maska taxmalı, sosial məsafəni qorumaqla bağlı təlimatlara riayət etməli, həmçinin, stadiona daxil olmaq üçün jurnalist vəsiqələri üzərlərində olmalıdır. “Qarabağ”la yoxlama oyunu bizim üçün çempionata bir növ hazırlıq xarakteri daşıyır. Məcburi fasilədən sonra çempionatda ilk oyunumuzu evdə keçirəcəyik. Buna görə, bu qarşılaşmada PFL-in COVİD-19 pandemiyası səbəbindən dayandırılmış 2019/2020-ci illər mövsümünün əsasnaməsinə əlavədə qeyd edilmiş qaydalara tam riayət olunmasına diqqət yetirəcəyik. Yoxlama oyunu olsa belə, uzun müddət futbolsuz qaldığımızı nəzərə alsaq, bu matça jurnalist marağının yüksək olması gözlənilir. Buna görə, bu matçda da çempionat və kubok oyunları üçün nəzərdə tutulmuş əsasnaməyə uyğun hərəkət edəcəyik. Oyunsonrası ayaqüstü açıqlamalar olmayacaq. Lakin çempionat və kubok oyunlarında nəzərdə tutulduğu kimi, oyunsonrası mətbuat konfransının təşkil edilməsi nəzərdə tutulub”.

Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Bu məsələ ilə bağlı AFFA və PFL-lə məsləhətləşmələr aparmışıq. PFL bizə də media ilə bağlı təlimatları göndərib. Premyer Liqadakı qaydaları yoldaşlıq görüşlərində də həyata keçirəcəyik. Futbolçulardan ayaqüstü müsahibə almaq olmayacaq. Stadiona daxil olarkən jurnalistlərin temperaturu ölçüləcək, əlləri spirtlənəcək və mütləq maskadan istifadə olunmalıdır, həmçinin, sosial məsafə qorunacaq. Jurnalitlərin sayına uyğun olaraq mətbuat konfransının təşkili də nəzərdə tutulub”.

Rüstəm Allahverdiyev (“Neftçi”nin mətbuat xidmətinin rəhbəri): “Sabahkı yoxlama oyununda jurnalistlərin iştirakına icazə veriləcək. AFFA və PFL-in əsasnamədəki təlimatına uyğun addım atılacaq. Oyundan sonra jurnalistərin futbolçulardan açıqlama, müsahibə alması qadağandır. Jurnalistlər yalnız mətbuat konfransına buraxılacaqlar, o da məhdud sayda, sosial məsafə gözlənilməklə”.

Elmar Abdullazadə (“Zirə”nin mətbuat xidmətinin rəhbəri): “Çempionat oyunlarından fərqli olaraq klub tərəfindən yoxlama görüşlərində jurnalistlər üçün nəqliyyat vasitəsi təşkil olunmayacaq. Jurnalistlərin oyuna gəlməmələri məsləhətdi. Çünki sırf oyuna baxıb gedəcəklər. Məlum olduğu kimi, çempionatın əsasnaməsinə əlavədə media ilə bağlı bəndə də bununla bağlı qeyd var. Ona görə də oyunsonrası açıqlamalar, müsahibələr qadağandır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30