29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan futboluna itki üz verdi: federasiya prezidenti 69 yaşında vəfat etdi

Azərbaycan idmanına itki üz verib.

Futbolxeber.az saytının məlumatına görə, uzun illər müxtəlif idman sahələrində çalışmış Şaiq Həmidov 69 yaşında vəfat edib. Mərhum son zamanlar xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Şaiq Həmidov 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olub. Özbəkistanda ali təhsil aldıqdan sonra doğma şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır.

1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006-cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.

2006-cı ildən 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləmişdir. 8 fevral 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilmişdir. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.

Son illər həmçinin, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti idi və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alırdı.

Allah rəhmət eləsin!

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31