18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ömər Buludov: "Doğma komandamda qaldığım üçün sevinirəm"

"Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, gənc futbolçu klubun rəsmi saytına müsahibəsində azarkeşsiz oynamağın çox çətin olacağını bildirib.

- "Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdınız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?

- Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, "Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

- Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiz?

- Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.

- İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?

- Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.

- Mövsümün son 8 oyunundan nə gözləyirsiz?

- Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30