26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi” & “Türk Hava Yolları” əməkdaşlığı davam edəcək?

“Neftçi”nin "Türk Hava Yolları” ilə uğurlu əməkdaşlığının artıq ikinci ili də geri qalmaq üzrədir. Koronavirus pandemiyası həyatın bütün sahələrini iflic etməmişdən öncə tərəflər arasında sponsorluq müqaviləsinin uzadılması barədə danışıqlar davam etdirilsə də, məlum səbəblərdən prosesdə məcburi fasilə yarandı. Artıq həyat yavaş-yavaş öz axarına qayıdır.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Futbolxeber.az saytına açıqlamasında “Neftçi” ilə “Türk Hava Yolları” arasındakı danışıqlarla bağlı son durumu belə dəyərləndirdi:

“Türk Hava Yolları” ilə müqaviləmiz bu ayın sonunda bitir. Artıq danışıqlar prosesini bərpa etmişik, danışıqlar davam etdirilir. İnşAllah yaxın zamanda məsələ yekunlaşacaq. Müsbət nəticə əldə edəcəyimizi düşünürük”.

Xatırladaq ki, “Neftçi” ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq 2018-ci ilin iyulunda başlayıb. Həmin vaxtdan etibarən tərəflər arasındakı razılaşmaya əsasən, "Neftçi” PFK-nın məşq formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən, bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapır. Həmçinin, paytaxt təmsilçisinin təlim-məşq bazası "Türk Hava Yolları Futbol mərkəzi” adlanır.

Əməkdaşlıq ilk il üçün pilot layihə olub. İkinci ildə tərəfdaşlıq gələcəkdə daha da genişləndirilib, "Türk Hava Yolları” Azərbaycanın ən köklü futbol klubunun daha da inkişafına öz töhfəsini verməkdə davam edir. Ötən il UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunu öncəsi - “Speranta” ilə görüşdən əvvəl “Neftçi” və “Türk Hava Yolları” əməkdaşlığın müddətinin daha 1 illiyinə uzadıldığını bəyan etmişdi.

Əlavə edək ki, “Türk Hava Yolları” Türkiyənin bayraq daşıyıcı beynəlxalq hava yolu şirkətidir və mərkəzi ofisi İstanbuldadır. “Türk Hava Yolları”nın uçuş əhatəsi Avropa, Asiya, Afrika və Amerikanı əhatə edir. 2019-cu ildə şirkət 74,2 milyon sərnişin daşıyıb.

Ardıcıl 6 dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilən “Türk Hava Yolları” hazırda da dünyanın ən yaxşı 4 aviaşirkəti arasında göstərilir. “Türk Hava Yolları” 126 ölkəyə, 49-u daxili olmaqla 300-dən artıq istiqamətə, 300 hava limanına uçuş təşkil edir. “Türk Hava Yolları” dünyanın ən çox ölkəyə səfər təşkil edən hava yolu ünvanına sahibdir.

“Türk Hava Yolları” bu günə qədər müxtəlif idman klubları ilə sponsorluq müqaviləsi imzalayıb. Bu baxımdan “Barselona”, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı, “Marsel”, “Aston Villa”, “Şaxtyor”, “Sarayevo”, “Hannover” kimi klubların adını çəkmək olar.

Şirkət eləcə də Türkiyədə “Başakşehir”, “Beşiktaş”, “Bursaspor”, “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”un da sponsorudur.

“Türk Hava Yolları”, həmçinin, Avropa Basketbol Liqasına da sponsorluq edir və yarışa “Turkish Airlines EuroLeague” adı verilib.

Bu günə qədər “Türk Hava Yolları”nın reklam filmlərində Kobe Brayant, Lionel Messi, Karoline Vozniaçki kimi dünya ulduzları rol alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30