25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Emin Mahmudov: "Karyeramın sonunadək "Neftçi"də qalmaq istərdim"

Kapitan Emin Mahmudov "Neftçi” ilə müqaviləsini 3 il müddətinə artırandan sonra klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, uzun müddətlik müqavilə bağladığına görə özünü xoşbəxt hiss etdiyini bildirən təcrübəli futbolçu karyerasının sonunadək "Neftçi”də qalmaq istədiyini deyib.

- Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiz?

- Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətlik müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim.

- "Neftçi” bu gün məşqləri bərpa edir. Necə düşünürsüz, komanda iyunun 21-dəki ilk oyunadək tam hazır ola biləcək?

- Fiziki hazırlığımızı 100 faiz bərpa edəcəyimizə əmin deyiləm, amma inanıram ki, məşqçilərimiz komandanı maksimum hazır edə biləcək. Qarşıda bizi çox çətin və yorucu çempionat mübarizəsi gözləyir. Buna görə də arxayınlaşmağa haqqımız yoxdur. Təbii ki, ondan sonra avrokuboklar haqda düşünməliyik. Lakin əvvəlcə qalan 8 matçı uğurlu keçirmək lazımdır.

- Yəqin ki, digər futbolçular kimi siz də karantin dövrü zamanı ev şəraitində formanızı qorumağa çalışmısız? Bu sizdə nə dərəcədə alınıb?

- Fərdi olaraq çox məşq etmişəm. Qaçış cığırında çox qaçmışam. Əlbəttə, bunlar futbol meydanlarındakı məşqləri əvəz etmir. Bununla belə, hesab edirəm ki, yaxşı formadayam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30