19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Flavinyo "Neftçi"dəki günləri xatırlayıb, azərbaycanlılara təşəkkür etdi

“Neftçi”nin keçmiş üzvü Flavinyo Azərbaycandakı günlərini xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın sabiq üzvü dünən İnstaqramdakı səhifəsində canlı yayımda “Neftçi”nin heyətində qazandığı uğurlardan danışıb.

Daha sonra braziliyalı futbolçunun canlı yayımına sabiq komanda yoldaşlarından Rodriqinyo, Bertuççi, Kardoso və Denis Silva da qoşulublar.

Flavinyo “Neftçi” ilə birgə qazandığı uğurları heç zaman unutmayacağını bildirib. Braziliyalı yarımmüdafiəçi “ağ-qaralar”ın son illər çempionluq mübarizəsində “Qarabağ”a uduzmasına belə münasibət bildirib: “Bizim vaxtımızda “Neftçi” 5 ildə 3 dəfə çempion oldu, indi isə 5 ildə 1 dəfə də çempion ola bilməyib”.

Daha sonra Flavinyo qol sevincinin fotosunu paylaşaraq bunları yazıb: “Bu foto “Neftçi”də, Azərbaycanda yaşadıqlarımızı xatırladır. Təbii ki, komanda olaraq qazandığımız uğurda pay sahibi olanların heç də hamısı bu fotoda yer almayıb. Bugün Rodri ilə, eləcə də vaxtı ilə birgə çıxış etdiyimiz digər oyunçularla birgə canlı yayımda xoş günlərimizi xatırladıq. Qazandığımız uğurlara görə bütün azərbaycanlılara, klubun bütün əməkdaşlarına, bütün braziliyalılara minnətdaram. Hansılar ki, ölkə futbolu adına uğurda pay sahibi olublar. Çox sağ ol, Azərbaycan, çox sağ olun “Neftçi”.  

Xatırladaq ki, Flavinyo 2010-2015-ci illərdə “Neftçi”də çıxış edib. Sadıq Sadıqovun komandaya rəhbərlik etdiyi həmin müddətdə “ağ-qaralar” 3 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb və Azərbaycan klubları arasında ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə yüksəkib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30