25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elxan Məmmədov: “Həmin 3 əcnəbi məşqçi ilə 1 həftədir danışıqları bərpa etmişik”

“Yanvar ayından milli komandamızın baş məşqçi vəzifəsinə namizədlərlə tanış olduq. Danışıqlara başladıq, daha sonra isə siyahını İcraiyyə Komitəsinə təqdim etdik. Son mərhələdə 3 məşqçi ilə danışıqlar aparırdıq. Novruz bayramından sonra müqavilə imzalancaqdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Hazırda CBC Sportda canlı yayımlanan “Bizim futbol”da qonaq olan E.Məmmədov bildirib ki, artıq həmin 3 əcnəbi məşqçi ilə danışıqlar bərpa olunub:

“Hər 3 əcnəbi mütəxəssislə danışıqlar müsbət gedirdi. Yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək, həmin 3 məşqçi arasında seçim edəcəkdi. Lakin gözlənilmədən koronavirus pandemiyası dünyanı, aktiv həyatı “söndürdü”. Biz də məcburən danışıqları dayandırdıq. Bu zaman məşqçi seçimində tələsməməkdə düzgün addım atdığımızı gördük. Çünki məşqçi ilə müqavilə imzalansaydı, o, 3 ay ərzində faktiki fəaliyyət göstərə bilməyəcəkdi, amma əvəzində məvacibini alacaqdı. Hazırda həmin məşqçilərlə yenidən əlaqə saxlamışıq. Artıq 1 həftədir həmin 3 əcnəbi məşqçi ilə danışıqları bərpa etmişik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30