28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

CBC Sport: Premyer Liqanı ortaq yayımlamaq istəmirik

"Hazırkı vəziyyətə görə bir gün ərzində Azərbaycan Premyer Liqasında iki oyundan artıq yayımlaya bilmərik. Öz formatımıza uyğun olaraq, bir günə iki matçı çəkə bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "CBC Sport" telekanalının Xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov deyib.

O bildirib ki, Azərbaycan Premyer Liqası bərpa olunandan sonra gün ərzində yayımlamaq üçün ən maraqlı iki oyunu seçəcəklər. Abbasov bu yöndə Peşəkar Futbol Liqası (PFL) ilə danışıqlar apardıqlarını söyləyib: "Azarkeş marağını nəzərə almaq istəyirik. Turun oyunları bir gün ərzində keçiriləcək və iki ən maraqlı matçı təqdim edəcəyik".

Kanal rəsmisinin sözlərinə görə turların eyni gündə olmasını klublar istəyib: "Burada nə bizim, nə də PFL-in hansısa məsələsi var. Sadəcə klublar bildirdilər ki, qarşılaşmaları iki gündə keçirmək onlara uyğun deyil. Çünki oyunlara hazırlıq vaxtı çox qısa olur. Biz də bunu başa düşürük, futbolçularda zədələnmə halları çoxalacaq. Qısa zaman ərzində matçların keçirilməsi onlara təsir edəcək. Bu baxımdan, düşündük ki, əsas məsələni klublar və PFL müəyyənləşdirsin. Bizim işimiz yayımlamaqdır, istərdik ki, tam şəkildə matçları göstərək. Mümkün vəziyyəti nəzərə aldıqda, başa düşürük ki, hər şey bizdən asılı deyil. Ciddi etiraz edə bilmərik və istəmirik də. Əsas odur ki, oyunçular sağlam olsunlar, komandalar matçlara rahat hazırlaşsınlar".

Abbasov heç bir kanalla yayımı bölüşmək barədə fikirlərinin olmadığını sözlərinə əlavə edib: "Müxtəlif KİV öz xəbərlərini digər mətbu orqanlarla bölüşmür. Bizim yerimizə kim olsa, bölüşməz. Onu göstərə bilməməyimiz bizim günahımız deyil. Klub özü bildirir ki, futbolçulara görə narahatdır. Biz öz məhsulumuzu nəyə görə kiminləsə ortaq yayıma çıxaraq? Bunu dünyanın heç bir yerində etmirlər".

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə "Report"a deyib ki, hər turun bir oyununun PFL-in "YouTube" kanalında canlı yayımlanması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. Turun bütün matçları eyni gündə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31