18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi” istəməsəydi, Gerye heç yana gedə bilməzdi”

“Neftçi” Donald Geryenin klubdan gedişini təsdiqləyib.

“Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Futbolxeber.az saytına açıqlamasında haitili futbolçunun gedişi ilə bağlı bildirib ki, “Neftçi” özü onunla müqaviləni yeniləməkdə maraqlı deyil:

“Gerye və yaxud digər futbolçunun gedişində təəccüblu heç nə yoxdu. Çünki futbolçuların müqavilələri bitir və gələcəkləri ilə bağlı qərar qəbul etməkdə azaddırlar. Geryenin “Neftçi” ilə sözləşməsi 1+1 illik idi. Lakin məşqçilər korpusunun yekun qərarı ilə futbolçuyla müqavilənin uzadılmamasına qərar verildi. “Neftçi” istəməsəydi, Gerye heç yana gedə bilməzdi. Amma biz onunla yeni müqavilə imzalamaq fikrində deyilik. Futbolçu özü də getməkdə maraqlıdır. Başqa klubdan sərfəli təklif aldığını bildirdi. Belə olan halda, fikri başqa yerdə olan oyunçunu saxlamaq da mənasızdı”.

R.Allahverdiyev qeyd edib ki, Gerye qarşıdakı turlarda da komandaya kömək etməyəcək.

“Və təbii ki, buna görə də ona çatacaq müəyyən məbləğlərdən avtomatik imtina etmiş olur”, - deyə klub rəsmisi əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30