20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vəli Qasımov: “İspanlar dedilər ki, bu qədər içmək olar, siz dəlisiniz”

“Biz tez-tez komandayla ünsiyyətdə olurduq. Bir dəfə yaxşıca yeyib-içdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin sabiq üzvü Vəli Qasımov Rusiyanın "Championat" nəşrinə müsahibəsində deyib.

İspaniyanın "Betis" klubunda çıxış edərkən başına gələn maraqlı əhvalatı danışan keçmiş hücumçu həmin dövrdə hərdən içki məclisləri təşkil etdiklərini bildirib:

"Andrey Kobelevin evində 4-5 futbolçu ilə toplaşdıq və ruslarda olduğu kimi əyləndik. Səhər ispanlar şikayətlənirdi: “Başımız ağrıyır, süd də içirik kömək etmir. Siz belə necə içirsiniz? Siz dəlisiz”. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlmədi. Deməzdim ki, biz o qədər çox içmişdik ki, baş ağrısın. Hər şey ölçüsündə idi. Səhər özümü yaxşı hiss edirdim. Adətən oyunlardan sonrakı istirahət günlərində restoranlarda yığışır, insanlardan gizlənib VİP zonalarda əyləşirdik. Orda sadəcə restorana gəlmək və sakit oturmaq olmurdu. İnsanlar yaxınlaşır avtoqraf istəyirdilər”.

Qeyd edək ki, Qasımov “Betis”in heyətində La Liqanın bürünc medalını qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30