25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin kapitanı: "Ronaldo həmin qolu görsəydi, arxamca təyyarə göndərərdi"

"Rusiyada ən sevimli klubum "Saturn"dur. İkincisi, oynamasam belə, "Spartak"dır. Üçüncü yerdə isə "Krılya Sovetov" gəlir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov "İbrakadabra" "YouTube" kanalına müsahibəsində deyib.

28 yaşlı futbolçu bildirib ki, Samara təmsilçisində yaxşı atmosfer olsa da, oyun sarıdan bəxti gətirməyib: "Tez-tez zədələnirdim. 2 dəfə omba nahiyyəsindəki zədəyə görə, daha sonra isə ayağım sındığı üçün uzun müddət oynaya bilmədim. Orada keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sıralamada 4-cü yer "Mordoviya", 5-ci isə "Tom"dur".

Mahmudovun sözlərinə görə, "Mordoviya"da çıxış edərkən ona "Yandex" (axtarış sistemi) ləqəbi veriblər: "İstənilən futbolçunun harada, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "Yandex" ləqəbi qoymuşdular".

Təcrübəli oyunçu "Spartak"da artıq çəkiyə görə cərimələnməmək üçün maraqlı üsula əl atdığını söyləyib: "Demək olar ki, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim".

Mahmudov "Spartak"da çıxış edərkən 2012-ci il noyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə Moskvada keçirilmiş oyunun (0:3) fasiləsində İspaniya klubunun kapitanı Xavi Ernandesin onun zərbəsinə reaksiyasını xatırlayıb: "Bu, doğrudur. Mənim zərbəmdən sonra Xavi şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştianu Ronaldo həmin zərbəni görsəydi, bəlkə mənim üçün təyyarə göndərərdi ki, necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi".

Millimizin üzvü forma dəyişdirmək istədiyi futbolçuların adlarını açıqlayıb: "Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişdirmək istəyirdim. Daha sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək, sonra həmin formanı atardım (gülür). Həmçinin, Fabreqasla formamı dəyişdirmək istərdim. Amma alınmadı" ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30