19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

E-Milli Liqanın püşkü atıldı

Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar.

Futbolxeber.az saytının məlumatına görə, AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (PFL, 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.

Mayın 20-də, saat 15:00-da keçirilən püşkatma mərasimi “CBC Sport” kanalında canlı yayımlandı. Püşkün nəticəsinə əsasən, 28 komanda hər birində 4 komanda olmaq şərtilə 7 qrupa bölündü:

Qruplar:

Püşkatmaya buradan baxa bilərsiniz:

https://www.facebook.com/eml2020/videos/2572795819636534/   

Xatırladaq ki, hər komandanı azarkeşləri arasından seçilmiş və ya müəyyən bir klubu təmsil etmək istəyini ifadə edən oyunçu təmsil edir.

Turnirin açılış oyununda iki Premyer Liqa klubunun təmsilçisi qarşılaşacaq: “Qarabağ” - “Səbail”. Oyun mayın 25-də,  saat 20:00-da başlayacaq və EML-nin rəsmi “Facebok” səhifəsində (https://www.facebook.com/eml2020/) yayımlanacaq.

Birinci turun cədvəli ilə aşağıda tanış ola bilərsiniz:

Liqa haqqında, həmçinin, oyunların cədvəlini www.eml.az saytında və ya EML-nin rəsmi sosial şəbəkə səhifələrində əldə edə bilərsiniz (https://www.facebook.com/eml2020/ və @emilliliqa).

EML Futbol Turniri avqustun ortalarına qədər davam edəcək. Qaliblər pul mükafatı, EML beynəlxalq (Avropa və Asiya liqalarının klubları ilə birlikdə) və UEFA klub E-turnirlərində iştirak etmək imkanı qazanacaqlar.

UEFA-nın təşkil etdiyi müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək ölkənin rəsmi kiber futbol komandası ən yaxşı EML oyunçularından formalaşdırılacaq.

EML Futbolun təşkilatçıları artıq turnirin mütəmadi keçiriləcəyini və gələcəkdə qrup və divizionların sayının artacağını elan ediblər. İlk turnirdə yalnız AFFA və PFL tərəfindən keçirilən rəsmi liqalarda oynayan klublar qarşılaşacaqlar. Digər turnirlərdə isə həvəskar liqalarda oynayan komandalar da iştirak edə biləcəklər.

Ətraflı məlumat: www.eml.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30