23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Rəvan" "Turan"la oyunun hazırlıqlarını başa vurdu

 

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində sabah "Turan”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, komanda artıq bu oyun üçün hazırlığını başa vurub. Belə ki, bu günkü səhər məşqi matç öncəsi son hazırlıq oldu. Komanda üzvləri "Bayıl Arena”da çalışmaqla hazırlığı başa vurdu. Baş məşqçi Ramil Əliyev görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəmədiyi sezilirdi. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmadı.
 
Qeyd edək ki, "Rəvan" yığmaların çıxışı ilə yaranmış fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçdi. Sevindirici məqamlardan biri də komandada zədəli və cəzalı futbolçuların olmamasıdır. Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak etdi. Baş məşqçi Ramil Əliyev klubun rəsmi saytına açıqlamasında moldovalı müdafiəçinin "Turan”la görüşdə meydana çıxa biləcəyini söylədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30