25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Azərbaycan çempionu Çempionlar Liqasından kənarda qalmayacaq

UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib.

UEFA yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib".

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30