29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də

Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə imza atıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın mütləq rekorduna isə 1997-98-ci illərdə “Kəpəz” imza atıb. Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.

Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb.

Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları

1. “Kəpəz” (22.11.1997-19.09.1998) - 20

2. “Turan” (06.03.1994-18.09.1994) - 16

3. “Qarabağ” (15.03.2019-06.10.2019) - 15

4. “Şəmkir” (08.03.2001-22.09.2001) - 14

5-6. “Neftçi” (27.09.2003-11.09.2004) - 13

 “Xəzər Lənkəran” (27.04.2007-30.09.2007) - 13

7-9. “Neftçi” (08.05.1992-26.06.1992) - 12

“Neftçi” (05.07.1992-15.09.1992) - 12

“Xəzər” S (10.05.1992-10.07.1992) - 12

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31