20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Serbiya - Azərbaycan oyunu əsl kabus idi"

Almaniyalı sabiq FIFA referisi Knut Kirxer Bundesliqa matçlarının azarkeşsiz keçiriləcəyinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, 51 yaşlı veteran hakim ölkəsinin mətbuatına müsahibəsində bu amilin ədalət təmsilçiləri üçün müəyyən çətinliklər yaradacağını söyləyib.

Kirxet buna misal olaraq AVRO-2008-in seçmə mərhələsində 2006-cı ildə idarə etdiyi Serbiya - Azərbaycan oyununu xatırladıb: "Əsl kabus idi. Stadionda cəmi 250 nəfər var idi. Gülməli, eyni zamanda qəribə vəziyyət yaranmışdı. Hakim olaraq daim azarkeşlərin gur səsinə və oyunçuların, məşqçilərin, rəsmi şəxslərinə dediklərini eşitməməyə alışırsınız. Azarkeşsiz matçlarda isə bunun əksi yaşanır. Tribunalardan səs çıxmır. Sizi irəli aparan, motivasiya edən səs-küy olmur. Belədə meydandakı hər sözü başa düşürsünüz. Oyunların azarkeşsiz keçirilməsi hakimlər üçün yeni çağırışdır".

Qeyd edək ki, Belqraddakı oyunda Azərbaycan millisinin qapısından qələbə topunu 72-ci dəqiqədə Nikola Jigiç keçirmişdi. Kirxer vaxtilə Premyer Liqamızda da idarəçilik edib.

Əlavə edək ki, hakimin bəhs etdiyi Serbiya - Azərbaycan matçına azarkeşlərin məhdud sayda buraxılmasına FİFA-nın daha əvvəl fanatlar üçün tətbiq etdiyi cəza səbəb olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30