25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycanlı FİFA agenti: "Karantin uzansa, çempionatı bitirmək çox çətin olacaq"

"Futbolçuların müqavilələri ilə bağlı UEFA yeni qayda verməlidir. Hazırda bu yöndə danışıqlar gedir. Hər ölkədə futbolçuların müqavilələri fərqlidir, eləsi var ki, avqustda, eləsi də var ki, iyulda başa çatır. Müxtəlif formatlarda keçirilən çempionatlar var. Yəqin ki, oyunçuların müqavilələri çempionat keçirilənə qədər qüvvədə qalacaq". 

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında futbol agenti Vaqif Heydərli klublarla müqavilələri başa çatan oyunçuların sözləşmələrinin necə tənzimlənəcəyi barədə danışarkən deyib.

O bildirib ki, futbolçular müqavilələrini artırmasalar, başqa komandaya gedə bilməyəcəklər. Heydərli futbolçuların buna razı olacaqlarına inandığını söyləyib: "Biri var evdə otursun, biri də var ki, oyunlarını davam etdirsin. Futbolçular digər komandalara da keçə bilməzlər, çünki transfer dönəmi açıq olmayandan sonra bu, mümkün olmayacaq".

FIFA agenti "Hazırda digər komandalarla anlaşan futbolçular iyunda hansı motivasiya ilə meydana çıxacaqlar" sualına isə belə cavab verib: "Mövsümün sonunda sözləşməsi bitən oyunçunun 6 ay əvvəldən başqa klubla danışmaq ixtiyarı var. Futbolçular çempionat gedə-gedə bir ay öncədən digər klublarla razılaşa bilirlər".

Heydərli Azərbaycan Premyer Liqasının taleyi barədə də danışıb: "Bizim çempionatın sonuna 7-8 oyun qalıb, elə də çox vaxt lazım deyil. Yekunlaşdırmaq üçün 1,5 ay vaxt lazımdır. Bundan sonra karantin müddəti uzanarsa, çox çətin olacaq. Düşünürəm ki, indiki müddətdə çatdırıb, oynaya bilərik".

Keçmiş klub rəsmisi mövsüm ləğv olunacağı halda, avrokuboklara vəsiqələrin necə bölüşdürüləcəyindən danışarkən, 4-cü yerdəki "Sumqayıt"la 5-ci yerdəki "Zirə"nin xallarının bərabər olmasına da diqqət çəkib: "Bu, bir az çətin və konkret qərara ehtiyac duyulan məsələdir. İlk üç pillə bəllidir, indiki vəziyyətdə 4-cü yerdə kimdirsə, o da vəsiqə qazanmalıdır. Hollandiyada "Utrext" bir oyun az keçirib, bu səbəbdən Avropa Liqasından kənarda qalıb. Onlar hətta məhkəməyə də müraciət ediblər. Qərar veriləndə konkret hazırkı duruma görə verilir. Hansı komanda 4-cü yerdədirsə, o da getməlidir. Azərbaycan Kubokunun matçları da qaldığı üçün qeyri-müəyyəndir. Nəsə demək çox çətindir".

Heydərli FIFA-nın tətbiq etmək istədiyi 5-ci əvəzetmə və yaz-payız sistemində keçid variantına da münasibət bildirib: "5-ci əvəzetmənin tətbiqi futbolçulara və komandalara kömək üçündür. Çünki onların hazırlıqları o qədər də yüksək səviyyədə olmaya bilər. Çempionat yaz-payız sisteminə keçidinə dair qərarı isə dərhal vermək olmaz. Araşdırmaq, hərtərəfli müzakirələr aparmaq lazımdır. Niyə də olmasın?! Sadəcə, avrokuboklara hazırlaşanda problem ola bilər, Premyer Liqa davam edən vaxt başlaya bilərlərmi? Xırda detallar var ki, onları fikirləşmək mütləqdir". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30