25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

5 het-trik, 1 poker, 1 penta-trik

“Qəbələ”nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb.

Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.

İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.

Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.

İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk “Qəbələ” futbolçusu Fərzad Hatəmidir. Hərçənd poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.

Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.

“Qəbələ”də penta-trik

Rövşən Əhmədov

10.05.2006. Birinci dəstə. “Gilan” - “Energetik” 6:0

“Qəbələ”də poker

Vitali Balamestnı

11.11.2007. Premyer Liqa. “Gənclərbirliyi” - “Qəbələ” 0:6

“Qəbələ”də het-triklər

Vüsal Qarayev

10.10.2006. Azərbaycan kuboku. “Gilan” - “Şahdağ” (Quba) 6:0

Farzad Hatəmi

17.06.2008. Premyer Liqa. MOİK - “Qəbələ” 0:3

Teo Uiks

30.06.2016. Avropa Liqası. “Qəbələ” - “Samtredia” 5:1

Baqali Dabo

10.09.2016. Premyer Liqa. “Neftçi” - “Qəbələ” 0:8

Filip Ozobiç

29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” - “Mil-Muğan” 8:0

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30