20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Çempionluq üçün çalışdıq, amma heç nə alınmadı”

“Çempionluq qazansaydıq, əla olardı. Çünki Azərbaycanın ən titullu komandasında işləyirdik. Çalışdıq, amma heç nə alınmadı.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin italiyalı sabiq baş məşqçisi Roberto Bordin calciomercato.com-a müsahibəsində deyib.

İtaliyalı mütəxəssis 2018/19 mövsümündə çempionluğu əldən vermələrini belə izah edib: "Gəldiyimiz vaxt son 5 ilin çempionu "Qarabağ"la rəqabət aparmaq üçün güclü komanda yaradılmışdı. Onların digər komandalarla müqayisədə ciddi büdcələri var. Mübarizə apardıq, qış fasiləsinədək 5 xal irəlidə olduq. Bu, bizdə böyük həvəs yaratmışdı. Təəssüf ki, mövsümün həlledici mərhələsində bəzi səhvlərə yol verdik və yekunda ikinci yeri tutduq".

Bordin bildirib ki, 2019/20 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırdıqdan sonra Rusiyadan təklif alıb. Onun sözlərinə görə, təklifi dəyərləndirdiyi və digər müraciətlərin olacağını gözlədiyi müddətdə İtaliya variantına da ümid edib: "Ola bilsin, İtaliyadan heç vaxt təklif gəlməyəcək. Evimə qayıtmağın pis olmadığını fikirləşdiyim vaxt mənə çox şey vermiş "Neftçi" və ya "Şerif" variantlarını qəbul edirsən".

Qeyd edək ki, 55 yaşlı Bordin "Neftçi"də 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30