20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Türkiyəli futbolçu: “Azərbaycan millisindən gələn təklifi geri çevirdim”

"Kayserispor"un futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisində oynamaq təklifi alıb.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatında müsahibəsində ölkəsinin milli komandasında çıxış etmək arzusundə olduğunu və buna görə AFFA-nın  təklifini qəbul etmədiyini deyib:

"Hər oyunçunun milli komandada oynamaq hədəfi var. Əsas millimizdə oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifi geri çevirdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağıma inanıram".

Hasan Hüseyin Acar ötən il verdiyi açıqlamada isə millimizdən gələn təklifə müsbət yanaşdığını bildirmişdi.

"Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində çıxış etmək istəyərəm, amma Azərbaycan yığmasında oynamaq da qürur verər" - deyə o qeyd etmişdi.

Qeyd edək ki, hazırda "Kaysersipor"u Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30