29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İstəməzdim ki, 3 dəfə çempion olan biri kimi belə fotom yayılsın”

“İş yoxdur, hazırda işləmirəm. “Kəpəz” klubu tərəfindən verilən sosial yardımı da qəbul etdim. Sağ olsunlar ki, yada salıblar”.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu sözləri “Kəpəz”in heyətində Azərbaycan çempionu, ölkə liqasının bombardiri olmuş Rövşən Əhmədov deyib.

Əhmədov Gəncə klubu tərəfindən ona edilən sosial yardım zamanı çəkilən fotosunun sosial şəbəkələrdə yayılmasından və insanların ona dəstəyindən danışıb: “Hər kəsə təşəkkür edirəm. Dəstəyi hiss etmək böyük şeydir. İndi elə bir vəziyyətdir ki, evdə oturmuşuq və bu yardım da bizə müəyyən dəstəkdir. Özüm fəhlə işləyirəm. Hər şey dayanıb və məcbur işsizik. “Kəpəz” klubu da veteran kimi yada salıb, dəstək olub. Düzdür, həmin ərzaq onsuz da 2-3 gün bizə ancaq yetəcək. Lakin nə edə bilərdim ki? Geri qaytaracaqdım? Açığı, istəməzdim ölkə çempionatının bombardiri, 3 dəfə çempion olmuş biri kimi bu foto yayılsın. Ancaq neyləmək olar?”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31