20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA gənc futbolçular üçün 3 səviyyədə məşq proqramı hazırladı

AFFA koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün 3 səviyyədə - başlanğıc, orta və üst - idman poqramı hazırlayıb.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin, AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Mrdakoviç proqramla bağlı məlumat verib.

O bildirib ki, COVİD-19-la bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinliklər yaradır: "Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusilə, gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu proqramlar çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi futbolçular üçün ən vacib fiziki göstəricilər üzrə hazırlanıb".

V.Vardakoviç idmançıların yaş və fiziki imkanlarını nəzərə alaraq üç idman proqramı hazırladıqlarını söyləyib: "Başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün hazırlanıb. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət edin".

Proqramın başlanğıc səviyyəsini əks etdirən videoçarxı təqdim edirik. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30