29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən Kamil Zeynallının “transferi” ilə bağlı rəsmi açıqlama

Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış "Biz birlikdə güclüyük” çağırışına qoşulan "Neftçi” ailəsi dünən Bakı şəhərində yerləşən "Qadın və uşaq sığınma evi”nə baş çəkib. Həmçinin, futbolçular ilə "Forza Neftçi” fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.

Yardım aksiyasında bir məqam diqqətimizi çəkdi. Belə ki, “Neftçi”nin saytında və Feysbuk səhifəsində yerləşdirilən fotolarda tanınmış idmançı, fitnes müəllimi Kamil Zeynallı da yer almışdı. Maraqlıdır, “Neftçi” ilə Zeynallını nə bağlayır?

“Neftçi”nin Mətbuat Xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Futbolxeber.az saytına açıqlamasında Kamil Zeynallının “transferi” ilə bağlı bunları dedi:

“Dünən də, bu gün “Neftçi” ailəsi adından ehtiyacı olanlara yardım etdik. Həm komanda rəhbərliyi ilə qadınlar və uşaqların məskunlaşdığı sığınacağa baş çəkdik. Həm də ehtiyacı olan ailələrə yardım edildi. Yardımın bir hissəsini futbolçular məhz Kamil Zeynallının tanıdığı, bildiyi, həqiqətən ehtiyacı olan insanlara təqdim ediblər. Kamil məhz bu işdə bizə yardımçı oldu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31