19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA-dan rəsmi açıqlama: “Namizədlərlə danışıqlar müvəqqəti dayandırılıb”

AFFA milli komandamızın baş məşqçi axtarışı ilə bağlı açıqlama yayıb. Futbolxeber.az assosiasiyanın rəsmi saytında yer alan açıqlamanı təqdim edir:

- Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb.

Əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin 2020-ci il 28 yanvar tarixində keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti olaraq fasilə verilib. Bununla belə, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır.

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq rəsmi məlumatlar affa.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30