18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”: 14 ildə 232 futbolçu

Azərbaycan çempionatının güclülər dəstəsində 2006-cı ildə debüt edən “Qəbələ”nin Premyer Liqadakı oyunlarında 232 futbolçu meydana çıxıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 14 il ərzində “qırmızı-qaralar”ın heyətində ən çox matç keçirən futbolçu Urfan Abbasovdur. O, ötən ay “Qəbələ”nin saytında dərc olunan bütün turnirlərdəki ümumi oyun sayındakı liderliyini Premyer Liqada da qoruyub. Müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 177 dəfə “Qəbələ”nin formasını geyinib.

Amma sonrakı pillələrin sahibləri arasında bəzi dəyişikliklər diqqət çəkir. Belə ki, ümumi oyun sayında Dmitri Bezotosnı 2-ci, Dodo 3-cüdürsə, Premyer Liqada onlar mövqelərini dəyişib. Braziliyalı 131 oyunla 2-cidir. O, ukraynalı qolkiperi 14 matç qabaqlayır.

İlk “altılıq”da növbəti yerləri Viktor Mendi, Elvin Camalov və Asif Məmmədov tutur. Bu üç oyunçu da 100 oyun səddini arxada qoyub. Ümumiyyətlə, yalnız bu 6 futbolçu 100-dən artıq çempionat matçında “qırmızı-qara” forma ilə meydana çıxıb.

Ümumi oyun sayında “onluq”da yer alan Cavid Hüseynovla Rafael Santos Premyer Liqa ilə bağlı cədvəldə aşağı pillələrdədir. Onların mövqeyini Pavel Doroşevlə Abdulkader Kamara ələ keçirib. Buna səbəb isə Cavidlə Rafaelin avrokuboklarda daha çox qarşılaşmada iştirak etməsidir.

1. Urfan Abbasov - 177

2. Dodo - 131

3. Dmitri Bezotosnı - 117

4. Viktor Mendi - 112

5. Elvin Camalov - 111

6. Asif Məmmədov - 105

7. Samir Zərgərov - 95

8. Vojisıav Stankoviç - 92

9. Pavel Doroşev - 90

10. Abdulkader Kamara - 88

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30