16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ümit Özat: "Azərbaycan variantı yenidən müzakirə olunacaq"

"Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm. Koronavirus xəstəliyi yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla təmasım olmuşdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanin "Çelik" klubunun baş məşqçisi Ümit Özat deyib.

Bir müddət əvvəl türkiyəli məşqçinin adı “Sabah”la hallanırdı. 44 yaşlı mütəxəssis İnstaqram səhifəsində canlı bağlantı zamanı hələ də Azərbaycandan təklifinin olduğunu bildirib:

“Koronavirusa görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, karyeramı Azərbaycan və ya İranda davam etdirdim".

Qeyd edək ki, ötən ilin dekabrında “Çelik”ə baş məşqçi təyin edilən Ümit Özatın işçi vizası ala bilmədiyi üçün komandadan ayrılacağı bildirilir. Bu komandanın azərbaycanlı futbolçusu  Elvin Yunuszadə də Bosniya və Herseqovinqda qeydiyyata alınmamasına görə "Çelik"də rəsmi debüt edə bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30