19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AFFA e-Milli Liqaya start verir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilk dəfə Premyer Liqada, Birinci Divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandaları e-futbol liqasına çağırır!

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək çempionat sözün əsl mənasında futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçündür!

Bu çağırış PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçündür! Bu çağırış oyun konsolunda bacarığına və təcrübəsinə güvənən komandalaradır!

Azərbaycan Premyer Liqası, I Divizion, Region Liqası və onlarla digər klublar və əməkdaşlar! İndi bacarığınızı e-futbolda göstərməyin vaxtıdır! Komandanızı hazırlayın, turnirə qatılın, futbol üzrə PES2020 konsol oyununda gücünüzü sınayın. Rəqiblərinizi üstələyərək qalib məhz siz olun!

Aprelin 25-dən mayın 15-dək komandanızı qeydiyyatdan keçirin, mayın 25-də keçiriləcək e-Milli Liqada futbolun təkcə yaşıl meydanlarda yox, kiber dünyada da necə oynanıldığını hər kəsə göstərin!

Futbol üzrə kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Turnirdə iştirak edəcək komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.

Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqqında ətraflı məlumatı www.eml.az saytından əldə edə bilərsiniz. 

Kiber futbol həvəskarları, bu turnirdə sizə də yer olacaq. İlk mövsümdə peşəkar futbol klublarını təmsil edən komandalar yarışarkən, artıq ikinci mövsümdə siz də komandanızla (iki nəfərlik heyətlə) birlikdə e-Milli Liqada bacarığınızı göstərə biləcəksiniz. Odur ki, gözünüz www.eml.az saytında olsun!

Mükafatlara gəlincə, birinci yerin sahibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq.    İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 AZN mislinə (1-ci yer üçün); x50 AZN mislinə (2-ci yer üçün) və x20 mislinə (3-cü yer üçün) bərabərdir.

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.

Ağıldan iti, əldən cəld, vaxtında qərar verə bilən oyunçularınız varsa, qeydiyyata tələsin! Kiber futbol çempionatında çempionluğunuzu elan edin!

Turnirin rəsmi yayım tərəfdaşı CBC Sport kanalıdır. Kiber futbol həvəskarları və azarkeşlər canlı oyunları, eyni zamanda, qarşılaşmaların xülasəsini və ən maraqlı anları həm www.eml.az saytından, həm də CBC Sport kanalından izləyə biləcəklər.

Yaşıl meydanların ən yaxşılarını və tanınmış ulduzları kiber oyunlarda qarşı-qarşıya görməyə və elə onların rəqibi olmağa nə deyirsiniz? Bunun üçün www.eml.az saytını izləyin, sizi həyəcanda saxlayacaq oyunlardan xəbərdar olun!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30