25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mehdiyevin əlçatmaz rekordu

Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, "Simurq" və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb.

İkinci göstəriciyə Hüseyn Məhəmmədov malikdir. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb - 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən çox quru oyun keçirən 10 qapıçı

1. Rauf Mehdiyev - 137

2. Hüseyn Məhəmmədov - 120

3. Nizami Sadıqov - 111

4. Fərhad Vəliyev - 110

5. Cahangir Həsənzadə - 108

6. Elxan Həsənov - 107

7. Kamran Ağayev - 96

8. Camaləddin Əliyev - 85

9. Elşən Poladov - 84

10. Nadir Şükürov - 83

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30