20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”ın hücumçusu: “Onu ata kimi görürəm”

"Həqiqətən Moyes mənə qarşı çox sərt idi. Amma o vaxt səbəbini bilmirdim. İndi başa düşürəm ki, mənə güvəndiyi üçün belə edirmiş. Bununla mənə etimadını göstərirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Maqaye Qeye Britaniya mətbuatına açıqlamasında deyib.

Fransalı hücumçu İngiltərənin “Everton” klubundakı çıxışı haqda danışarkən o vaxt komandanı çalışdıran Devid Moyes haqda müsbət fikirlər səsləndirib. 30 yaşlı forvard şotlandiyalı mütəxəssisin komandadan ayrılmasına üzüldüyünü bildirib:

“Düşünürəm ki, o, məndə bir istedad görürdü və bu səbəbdən hər zaman arxamda idi. Moyesi ata kimi görürəm, o isə mənə oğlu kimi davranırdı.

Moyes komandadan gedəndə mənim üçün hər şey dəyişdi. Məyus oldum, çünki “Evertona”a onun istəyi ilə gəlmişdim”.

Qeye Moyesi əvəzləyən Roberto Martinesdən və "Everton"dan ayrılmasından da danışıb: “O, yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm. Sadəcə, öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Demirəm ki, bu mənim futbolum deyil, amma Devid Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi, dərhal planlarında olmadığımı söylədi”.

Qeyd edək ki, Maqaye Qeye 2010-2014-cü illərdə “Everton”da çıxış edib və 24 oyuna 1 qol vurub. O, ötən ilin iyulundan “Qarabağ”da forma geyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30