16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Millimizin baş məşqçi vəzifəsinə namizəd: “Bu 4 ölkəyə üstünlük verəcəyəm"

"Yaşıl meydanlar üçün darıxmadığımı deyə bilmərəm. İstefadan sonra ilk günlərdə rahat olduqlarını söyləyənlərlə razılaşmıram. Peşənizi sevirsinizsə, belə fikirlər səsləndirmək düzgün deyil".

Futbolxeber.az saytının Türkiyə mətbvuatına istinadən verdiyi məlumata görə, bunu "Beşiktaş"ın baş məşqçi postundan ayrıldıqdan sonra işsiz qalan Abdullah Avcı deyib.

Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizədlərdən olan 57 yaşlı mütəxəssis hazırda öz imkanlarını ölçüb-biçmək baxımından faydalı dönəm keçirdiyini bildirib: "Yaşadıqlarımı gözdən keçirirəm. Buna mentalitet və peşəkar anlamda yenilənmə prosesi də deyə bilərik. Fərqli formada dönəcəyəm, amma tələsmirəm. Öncə bu dövrü geridə qoymağımız lazımdır".

Avcının fikrincə, uğura gedən yol xəyaldan və o xəyalı gerçəkləşməsi üçün çalışmaqdan keçir: "Enerjim ve gücüm imkan verdiyi müddətdə futbola xidmət etmək istəyirəm. Fərq etmir: yerli və ya xarici komanda olsun. Əlbəttə, həyatımda fərqli təcrübələrin yaşanmasını istərdim. Üstünlük vermək baxımından sıralama aparmamışam, amma bu, İngiltərə, İspaniya, Almaniya və Hollandiya sıralamasında ola bilər".

Qeyd edək ki, Abdullah Avcı karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub. O, "Beşiktaş"ı yanvarın 24-də tərk edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30