29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

29 dəfə rəmzi komandada, 5 dəfə ən yaxşı

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümdə 5 dəfə turun oyunçusu adına “qırmızı-qaralar”ın üzvü layiq görülüb. Bu adı fərqli oyunçular qazanıb. Bunlardan üçü II, ikisi III dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb. XIX turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (X tur), Merab Qiqauri (XI tur), Fernan Lopez (XIII tur) və Nikolas Raysel (XX tur) də hərəyə bir dəfə fərqlənib.

“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib. Bunlar xorvatiyalı İvitsa Juniç (XIII, XVI, XIX, XX) və gürcüstanlılar Merab Qiqauri (V, VII, XI, XIII) ilə Davit Volkovdur (IX, X, XI, XIII). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil edilib. Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov XI, XIII və XX, Fernan Lopez X, XI, XIII, Qismət Alıyev X, XI və XIX turlarda ən yaxşılar sırasında olub. Klesio Bauk (VII, XIII) bunu 2 dəfə bacarıb. Ümumilikdə, mövsüm ərzində 13 oyunçumuz rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlərdən Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev XI, Rövlan Muradov XIII, Amin Seydiyevlə Nikolas Raysel XX turda fərqlənməyə müvəffəq olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31