Ölkə futbolu
Ruslan Abışov: "Bütün günü spirtlə "çimirəm"
"Sabah"ın kapitanı Ruslan Abışovun müsahibəsi
- Koronavirus pandemiyasına görə ölkədə karantin rejimi tətbiq olunub. Vaxtınızı necə keçirirsiniz?
- Ciddi karantin dövründən öncə səhərlər gedib fərdi məşq edirdim. Küçəyə çıxmaq qadağan olunduqdan sonra isə evdə hazırlaşıram. Həmçinin, kitab oxuyur, maraqlı işlərlə məşğul oluram.
- Futbolçu üçün belə həyat tərzi darıxıdırıcı deyil?
- Əlbəttə, belə çox çətindir. Hər kəsə səbr arzulayıram. Tezliklə bu virusdan canımızı qurtarmalıyıq. Xəstə olanlar sağalsın, hamı öz işini davam etdirsin. Önəmli olan budur. İdmançı üçün məşqsiz və komandadan ayrı qalmaq çətindir. Amma dediyim kimi, səbirli olmağa çalışıram. Eyvanda özüm üçün xüsusi yer hazırlamışam. Çıxıb orada məşq edirəm. Kitab oxuyuram, dincəlirəm, evin içində fırlanıram (gülür).
- Çəki artımı hiss olunur?
- Yox, kilo almamışam. Pəhriz saxlayıram. Kökəlməmək üçün ancaq lazım olan qidalardan istifadə edirəm.
- Yəqin, hazırkı vəziyyətin psixoloji baxımdan da mənfi təsirlərini hiss edirsiniz...
- Düzdür. Televiziyada, hər yerdə ancaq koronavirusdan danışırlar. Müxtəlif xəbərlər verilir, insanları məlumatlandırırlar. Hazırda gündəm koronavirus olduğu üçün istər-istəməz, insanda qorxu yaranır. İnanıram ki, bunun da öhdəsindən gələcəyik.
- Bəs, siz özünüz koronavirusla bağlı hansı tədbirləri görmüsünüz, necə mübarizə aparırsınız?
- Demək olar ki, bütün günü spirtlə "çimirəm" (gülür). 3-4 saatdan bir əlimi yuyur, spirtlə dezinfeksiya edirəm. Eyvana çıxıb evə girəndə də əlimi spirtləyirəm. Deyilənlərə əməl edərək tək özümü yox, bütün ailəmi qoruyuram. Çox pis xəstəlikdir, məsuliyyətli olmaq lazımdır.
- Bilirsiniz ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Maraqlıdır, Fonda ianə etmisiniz?
- Komanda olaraq, ianə etmişik. Amma məbləğ məxfidir. Kimin ürəyindən nə keçib, onu da verib. Əlbəttə, mən də Fonda maddi yardım etmişəm, öz köməyimi göstərmişəm.
- Fonda pul nə vaxt köçürülüb? Biz baxmışıq, siyahıda "Sabah" klubundan heç kimin adı yoxdur...
- Bizdə bu kampaniya 2 gündür başlayıb. Yəqin ki, yaxın günlərdə klubumuzun da Fonda ianə etməsi o siyahıda göstəriləcək.
- Koronavirus pandemiyası meydana çıxandan sonra futbolçuların maaşlarının mümkün azaldılması məsələsi gündəmə gəlib. Siz belə bir şeyə razı olarsınız?
- Bəzi futbolçular fikrimi səhv başa düşə bilərlər. Səmimi deyəcəyəm: Kapitan kimi mənimlə bu barədə danışıq olsa, kluba öz dəstəyimizi göstərməyə hazırıq. Burada qeyri-adi bir şey yoxdur. Elə bir vəziyyətdir ki, hamını başa düşmək lazımdır. Maaşımın azaldılmasına razılaşaram. Heç bir problem yoxdur.
- Bir az da futboldan danışaq. Uzun müddət zədə səbəbindən oynamadınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Özümü əla hiss edirəm. Evdə məşqlərimi davam etdirirəm. Hər şey bitsin, yəqin, oynamağa başlayaram.
- Son 2 turda adınız sifariş ərizəsində olsa da, meydana çıxmadınız...
- Komanda ilə məşqlərə yeni başlamışdım, tam hazır deyildim. Bundan əvvəl 3 dəfə eyni zədəni aldığım üçün risk etmədik. Sadəcə, baş məşqçi dedi ki, komandanın içində ol. Zədəli-zədəli məşq etdiyim üçün vəziyyət bu yerə gəlib çatmışdı.
- Baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında oynamasanız da, məşq etmisiniz. Xorvatiyalı necə mütəxəssisdir: Çoxmu tələbkardır?
- Düzdür, məşqlərdə çox şey tələb edir. Daha çox taktikaya üstünlük verən baş məşqçidir. Sırf nəticə tələb edir. Ümid edirəm ki, çempionat bərpa olunandan sonra oyunlarımız daha da uğurlu alınacaq. Düzdür, fasilədən sonra çətin olacaq. Amma biz bundan daha yaxşı yararlanmalıyıq.
- "Sabah" 20 turdan sonra 21 xalla 6-cı sıradadır. Sizcə, mövsümün əvvəlində qarşıya avrokuboklara vəsiqə hədəfi qoymuş komanda üçün bu, zəif göstərici deyil?
- Düzdür, çox adam deyir ki, "Sabah" bu cür heyətlə layiq olmadığı yerdədir. Lakin klubumuzun böyük potensialı var. İnanıram ki, Avropa Liqasına vəsiqə qazanacağıq. Sonda UEFA-nın nə qərar çıxaracağını bilmirik. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq. Komandalar turnir cədvəlində bir-birinə yaxındır. Düşünürəm ki, kim çox istəyəcəksə, o da avrokuboklara vəsiqə qazanacaq.
- Ümumiyyətlə, mövsümün bərpa olunacağına inanırsınız?
- Açığı, indi futbol barədə ümumiyyətlə fikirləşmirəm. Hər kəsin beynində yalnız bu xəstəlikdir. Hamı bundan tez yaxa qurtarmağın yollarını axtarır. Pandemiya başa çatandan sonra hər şey qaydasına düşəcək. Futbolla bağlı da hansısa tədbir görərlər ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO