19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəşad Sadiqov: "Təəssüf ki, "Qarabağ"ın cəhdi alınmadı"

“Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından 1 il ötür. Futbolxeber.az-ın məlumatına görə, komanda məhz ötən il avqustun 30-da Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. Komandanın üzvləri - Rəşad Sadiqov və Flavinyo bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.

Rəşad Sadiqov: “Bu gün bizim üçün çox xoş gündür. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsinə yüksələn bir komandanın kapitanı kimi qürur hissi keçirirəm. Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın, amma çox təəssüf ki, alınmadı. Buna baxmayaraq, bu il “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil etdi. Hər bir klubumuza bu nailiyyətə imza atmağı arzulayıram. Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki, gələcəkdə “Neftçi” nəinki bu tarixi uğuru təkrarlayacaq, hətta daha da böyük zəfərlər qazanacaq”.

Flavinyo: “APOEL-lə oyun yaxşı yadımdadır. Evdə heç-heçə oynasaq da, Kiprdə qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. “Neftçi” qrupda da yaxşı təsir bağışladı. Milanda “İnter”lə bərabərə qalmaq asan məsələ deyil. Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik. Qismətə bax ki, bir il bundan qabaq elə bu tarixdə bizə məğlub olan APOEL bu dəfə bəxtin hesabına qrupa düşdü. Öz günahımız ucbatından bu mövsüm avrokuboklarla erkən vidalaşdıq. Çalışacağıq ki, gələn mövsüm daha böyük zirvələri fəth edib, azarkeşlərimizi sevindirək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30