29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zirə"nin legioneri: “Koronavirusla əlaqədar vəziyyət qarışıqdır”

“Koronavirulsa bağlı Azərbaycanda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Bütün gün evdəyəm və vəziyyətin düzəlməsini gözləyirəm. Evdə təlim planımız var. 15 gündür məşqləri dayandırmışıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin perulu futbolçusu Alvaro Ampuero ölkəsinin mətbuatına müsahibəsində deyib.

O, Peru və Azərbaycan futbolunu müqayisə edib: "Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. İlk vaxtlarda burada səviyyənin necə olacağını bilmirdim, amma yaxşı mənada təəccübləndim. Mən elə gəlir ki, burda oyun bir daha gərgin olur və Peruda bir az daha texnika var. Ancaq hər cəhətdən yaxşı səviyyədə çempionatdır".

26 yaşlı müdafiəçi Peru klublarından təklif alıb-almadığı ilə bağlı sualı belə cavablandırıb: “Dekabrda Perudan bir təklif almışdım. Amma Zirə” ilə müqaviləm mövsümün sonuna qədərdir və komandada rahatam. Növbəti mövsüm necə olacağını bilmirəm. Koronavirusla əlaqədar vəziyyət qarışıqdır. Ümid edək ki, bütün dünyada koronavirus problemi həll olunacaq".

Ampuero "Zirə"də müntəzəm oynadığını söyləyib:  "Burada yaxşı müntəzəmliyim var. "Muni"də zədə səbəbindən çox oynaya bilməmişdim. Amma "Zirə"də startdan oynadım və davamlılıq əldə etdim.

Bakı klubunun legioneri bildirib ki, Azərbaycanda yalnız inkişaf etmək barədə düşünür: "Xaricdə yenidən oynamaq üçün yaxşı bir mərhələdə olduğunu hiss edirəm.  Azərbaycan çempionatı çox tanınmasa da, pillə-pillə irəli getmək fikrindəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31