19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Neftçi"nin legioneri: "Ailə üzvlərimi virusa yoluxdursam, özümü bağışlaya bilmərəm"

“Hazırda Bakıdayam. Düşünürəm ki, vətənimə getsəydim, orada da atam, anam, bacım və qardaşımla birlikdə karantində olacaqdım".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Donald Gerye koronavirusla necə mübarizə aparmasından danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, günün çox hissəsini evdə keçirir: "Səhər yuxudan oyanıb dua edir, ardınca isə idmanla məşğul oluram. Duş qəbul etdikdən sonra səhər yeməyini yeyirəm və uşaqlarımı yaxınlıqdakı parka aparıram. Orada onlarla 1 saat oynayıb, evə qayıdırıq. Evdə isə ailəmlə Haiti oyunu olan "Lago kache" oynayırıq. Əllərimi gün ərzində tez-tez yuyuram və insanların çox olduğu yerlərə getmirəm".

31 yaşlı oyunçu ailə üzvlərini virusa yoluxdurmamaq üçün evdə qalmağa üstünlük verdiyini söyləyib: "Çətin olsa da, daha çox evdə qalmağa çalışıram. Onların mənə görə virusa yoluxmalarını istəmirəm. Çünki ailə üzvlərim bütün gün evdə olurlar. İctimai yerlərə getsəm, xəstələnə və virusu evə gətirə bilərəm. Hətta bundan xəbərim belə olmaz. Bu yoluxma ölümə də səbəb ola bilər. Belədə isə özümü bağışlaya bilmərəm. Buna görə də ən yaxşısı evdə qalmaq və mənim üçün dəyərli olan insanlarla vaxt keçirməkdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30