18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ»ın legioneri: "Bakıda çölə çıxmaq barədə problem yoxdur"

"Keçən həftəyə qədər normal məşq edirdik, ancaq sonra çempionat dayandı və evdə məşq etməyə başladıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madeyra İspaniya mətbuatına açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb: "Çölə çıxmaq barədə problem yoxdur. Ticarət mərkəzləri və restoranlar yalnız saat 21:00-dək açıqdır və bir çox yerlərə girməzdən əvvəl temperaturu yoxlayırlar".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30