18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rumın futbolçu: "Azərbaycanda heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb"

"Zirə"nin moldovalı futbolçusu George Anton ölkəsinin mətbuatına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.

- 27 yaşında "Zirə"yə keçdiniz. Bu, sizin üçün birinci xarici təcrübədir. Əvvəllər belə təklif yox idi, yoxsa özünüz getmək istəmirdiniz?

- Mən həmişə ölkə xaricində oynamaq istəmişəm. Sadəcə, getmək üçün indiyə qədər konkret təklif olmamışdı. Qış fasiləsində isə "Zirə"dən dəvət aldım.Onlar mənimlə müqavilə imzalamaqda israrlı idilər.

- "Zirə" infrastruktur, maliyyə, azarkeş baxımından necə klubdur?

- Bu, gənc və iddialı Azərbaycan klubudur. 2014-cü ildə yaradılıb. Ev oyunlarını Bakıdan 40 km kənarda yerləşən Zirə qəsəbəsində keçirir. Amma  Bakı Olimpiya Stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, oyunlarımıza, həqiqətən, çox insan gəlir. Bununla yanaşı, onlar bizi əla dəstəkləyirlər. Maliyyə baxımından da heç bir problem yoxdur.

- Yeni komandada özünüzü nə dərəcədə rahat hiss edirsiniz? Azərbaycan futbolunun necə olduğunu düşünürsünüz?

- Artıq 6 matçda oynamışam və burada özümü yaxşı hiss edirəm. Azərbaycanda futbol inanılmazdır. Hamı bir-birini məğlub edə bilər. "Qarabağ" istisna olmaqla, bütün komandaların səviyyəsi eynidir. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, istənilən klubun avrokuboklara düşmək şansı var.

- "Zirə" sizə hansı yaşayış şəraiti təklif etdi? Azərbaycanda harada yaşayırsan? Boş vaxtlarınızda nə edirsiniz və kimlərlə ünsiyyət saxlayırsınız?

- Bakıda bir mənzildə yaşayıram. Yevgeni Koçukla ünsiyyət qururam. O, başlanğıcda bura uyğunlaşmağıma kömək etdi. İndi isə ailəm mənimlə birlikdədir. Boş vaxtlarımı yaxınlarımla keçirirəm.

- Ətrafınızdakı insanlar koronavirusa görə necə reaksiya verirlər? Bu problemlə bağlı vəziyyət necədir?

- Bütün lazımi təhlükəsiz tədbirləri görülüb. Artıq 4 gündür məşq etmirik. Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hamı vəziyyətin düzəlməsini gözləyir. Amma heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb. Hələlik həyat adi qaydada davam edir.

- Belə çıxır ki, bu, gözlənilməz fasilə zamanı Azərbaycanda qaldınız?

- Bəli, qaldım. Virusdan qorunmaq üçün vaxtımın çox hissəsini ailəmlə birlikdə evdə keçirirəm. Belə mürəkkəb vəziyyətdə nə isə etmək çətindir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30