28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nəziridən "Rəvan"a sərt cavab

"RƏVAN" OTURUB, DURUB SEVİNSİN Kİ, MƏNİM KİMİ FUTBOLÇU ILƏ MÜQAVILƏ BAĞLAMIŞDILAR"

"Rəvan"dan ayrılan Elhad Nəziri artıq sabiq hesab olunan komandasının ittihamlarına cavab verib. Futbolxeber.az saytına verdiyi açıqlamada millimizin üzvü klubdan öz istəyi ilə getdiyini bildirib: "Rəvan"dan öz istəyimlə ayrılmışam. İndi bunun səbəbini açıqlamaq istəmirəm. Amma "Rəvan"dan qovulmağım haqda deyilənlər yalandır. Kimin nə yazması məni maraqlandırmır. İnanmırsızsa, "Rəvan"dakı yerli uşaqlardan da soruşa bilərsiniz. Hələ ilk məşqdən sonra burada qalmayacağımı anladım. "Rəvan" rəsmilərinin mənim komandadan uzaqlaşdırılmağımla bağlı açıqlama vermələrinin səbəbini bilmirəm .Allah özü hər şeyi görür. "Rəvan"la birgə dörd məşqə çıxdım. Dördüncü məşqdən sonra menecerimə dedim ki, Bəhruz müəllimlə danışsın və mən komandadan ayrılıram".

Nəziri "Rəvan" haqda fikirlərinə belə davam etdi: "Mən artıq 2 ildir ki, süni meydançada məşq etmirəm. Danışanda Allahla danışsınlar. "Rəvan" oturub, durub sevinsin ki, mənim kimi futbolçu ilə müqavilə bağlamışdılar. Komandanın tarixində Azərbaycan millisinə çağırılan ilk futbolçu mən oldum".

Gənc müdafiəçi klub rəsmiləri tərəfindən səslənən digər ittihamları da qəbul etməyib: "Başqa komandaya görə "Rəvan"da tam gücümlə məşq etməməyim də yalandır. Elhad hansısa komanda ilə müqavilə bağlayanda pul heç vaxt birinci sırada olmur. Mənim üçün qardaşlıq, səmimiyyət daha önəmlidi. Deyilənlərə təbii ki, hirslənirəm. Amma indi hər şeyi açıb danışmaq da istəmirəm".

Sonda Nəziri gələcək karyerası haqda da danışdı: "Yeni klubumun adı böyük ölçüdə bəllidir. İndi bütün diqqətimi millinin oyununa yönəltmişəm. İnşallah, İsraillə oyundan sonra rəsmi müqaviləyə imza atacağam". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31