25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Babalarımızın, atalarımızın bizə yadigarı...

VƏ YA 83 YAŞIN MÜBARƏK, “NEFTÇİ”!

Əksər oğlan uşaqlarına futbol “xəstəliyi” atalarından keçir. Bir çoxları kimi, mən də gözümü açıb, evdə futbola baxıldığını görmüşəm. Düzdür, bizim nəslin indikilər kimi futbola baxmaq baxımından bəxti gətirməmişdi. 90-cı illərin ortalarında həftədə 2-3 oyuna baxa biləndə sevinirdik. O da ORT-də, TRT-də, ildə ayda bir dəfə də AzTV-də.

Atam Kiyev “Dinamo”sunun azarkeşi olsa da, bu sevgini mənə aşılaya bilmədi. Əksinə, mən “Spartak”a, rusların “Dinamo”suna azarkeşlik edirdim. 94-cü ildən isə “Milan” və İtaliya sevgisinə yoluxdum.

Futbolda atamdan mənə keçən bir sevgi var - “Neftçi”. İnsan əksər hallarda sevgisini ifadə etmək üçün söz tapa bilmir. Elə indi mən də “ağ-qaralar”ın 83 yaşına həsr etdiyim bu cızma-qaramda “Neftçi”nin əzəmətini, milyonların ona olan sevgisini obrazlkı şəkildə yazmaq üçün söz tapmaqda acizəm. “Neftçi” sevgisi nədir, necə olur?

Mənim üçün “Neftçi” 2004-cü ildə bəlkə də gələcək taleyimi dəyiş(dir)əndir. Yaşıdlarım dövlət imtahanına saatlar qalmış son dəfə biliklərini “refresh” etdikləri halda, mən “Neftçi” - ÇSKA oyununda səsim batan qədər qışqırmışdım. Qolsuz bərabərliyin gətirdiyi əsəb, stress və yuxusuzluq... O vəziyyətdə dövlət imtahanına daxil olan bildiyini də unudar...

Mənim üçün “Neftçi” qəribə olsa da, həm də danlanmaq üçün bir səbəbdir. “Neftçi” öz meydanında “Qəbələ”yə 0:8 hesabı ilə uduzan günün səhərisi həmin vaxt Qazaxıstanda çalışan atam zəng vurub, salam-kalamsız 40 dəqiqəyə yaxın məni danlamışdı. “Neftçi”ni həmin vaxt ağlar günə qoyan rəhbərliyin, məşqçilər korpusunun acığını məndən çıxırdı, onlara deyə bilmədiklərini məhz mənə deyib, hirsini soyudurdu... Sanki günahkar mən idim...

Mənim üçün “Neftçi” ermənilərə göz dağı verəndi. 2005-in yanvarında Bakıda oturub “Neftçi” - “Pünik” oyunundan telefon vasitəsi ilə xəbər tuturduq. Həmin 90 dəqiqədə nələr yaşadığımızı bir Allah bilir. Şişirtmək kimi çıxmasın, amma həmin 2 saat ərzində bəlkə də ömrümüzün 5 ili getdi...

Mənim üçün “Neftçi” həm də ermənilərin yanında qürurlanmaq deməkdi. Məlum “Neftçi” - “Pünik” oyunundan sonra “Kosmos” otelində həmin vaxt “ağ-qaralar”ın kapitanı olan Rəşad Sadıqov dığaların cavabını təkcə meydanda deyil, meydandan kənarda da verə bildiyimizi “Pünik”in kapitanını nokauta göndərməklə sübut etmişdi. Həmin insidentdən 2 il sonra “Kosmos” otelində erməni qızı həmin yerdə dayanaraq, “Sizin kapitan bizimkini bax burda yumruqladı” deyəndə keçirdiyim qürur hissinin həddi-hüdudu yox idi...

Əslində, bu siyahını çox uzatmaq olar. Amma istəmirəm yorucu olsun.

Qısacası, “Neftçi” bir dəyərdi.

Bir komanda düşünün, Moskvada erməniləri, Kiprdə yunanları diz çökdürüb, tarix yazır...

Bir komanda düşünün, Azərbaycan futboluna “Qızıl oğlan” bəxş edir...

Sən bizə atalarımızın, babalarımızın mirasısan, “Neftçi”!

83 yaşın mübarək, FLAQMAN!!!

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30