24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Türkiyə - Azərbaycan oyunu ləğv olundu

Mayın 26-da Alanya şəhərində Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu ləğv edilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış quruma üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qərara əsasən, UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30