19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

De Byazi: "Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq"

"Ailəm və özümlə bağlı hər şey qaydasındadır. Karantində deyilik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən olan Canni de Byazi koronavirusla bağlı İtaliyadakı vəziyyət barədə danışarkən deyib.

64 yaşlı mütəxəssis bildirib ki, ölkədə vəziyyət mürəkkəbdir: "Avropanın bir çox ölkəsində olduğu kimi, İtaliyada da durum ürəkaçan deyil. İnsanlar vaxtlarının böyük hissəsini evlərində keçirir. Çölə yalnız alış-veriş və dərman almaq üçün çıxırıq. Ölkədə ciddi tədbirlər görülür. İngiltərə kimi ölkələrdən fərqli, İtaliyada hamı yoxlanılır. Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq".

De Byazi AFFA-dan 2 milyon avro istəməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatların doğru olmadığını söyləyib. O, milli assosiasiya ilə danışıqların hansı mərhələdə olması barədə isə fikir bildirmək istəməyib.

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011-2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30